Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Böyük Həmyə kəndində keçirilmişdir.

20 noyabr 2015 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu bu gün rayonun Böyük Həmyə kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə çıxış edərək səyyar qəbulun onun tərəfindən bu kənddə ilk dəfə keçirildiyini, buna görə də həm də tanışlıq məqsədi daşıdığını bildirmişdir. Mütəmadi olaraq keçirilən qəbulların vətəndaşların təklif və şikayətlərinin yerində araşdırılaraq tədbir görülməsində vacibliyi barədə danışan cənab Asif Hüseynov sakinləri həm də fikir mübadiləsi şəraitində keçirilən tədbirdə aktiv olmağa çağırdı.

Kənd ağsaqqalı, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş Hüseynağa Ağamalıyev İcra Hakimiyyəti başçısını salamlayaraq ona fəaliyyətində uğurlar arzuladı və kənd sakinləri adından  Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi kimi böyük bir layihənin icrası ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdi.

Bundan sonra digər sakinlərin müraciətləri dinlənildi. Vətəndaşların müraciətləri əsasən kəndin içməli və suvarma suyu, təbii qaz, elektrik enerjisi ilə təminatında olan problemlər, kənddə yeni poçt və kitabxana binasının tikintisi, internetə qoşulma və s.  məsələlər barədə olmuşdur. Bəzi məsələlər  qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərləri isə nəzarətə götürülərək həlli ilə əlaqədar  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

  

  

 

 

Keçidlər