Şriftin ölçüsü :

Saytın rəngi :

Yollara asfalt örtüyünün verilməsi davam edir.

17 noyabr 2015 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Siyəzən şəhərində abadlıq və quruculuq işləri, həmçinin yolların  təmiri nəzərdə tutulmuş ardıcıllıqla davam etdirilir. M.Füzuli və M.Şəhriyar küçələrindən sonra şəhərin Babək və Tofiq İsmayılov küçələrində sıradan çıxmış yolların təmiri işlərinə başlanılıb.  Belə ki, Babək küçəsində yerləşən yataqxana binasının arxasından T.İsmayılov küçəsinədək və T.İsmayılov küçəsinin də bir hissəsini əhatə edən yolun sahəsi 5000 m2  olan 800 metrə yaxın  hissəsi  artıq uzun müddətdir ki, təmir olunmadığından xüsusilə yağmurlu havalarda avtomobillərin, həmçinin piyadaların hərəkəti üçün ciddi çətinliklər var idi. Artıq bir neçə gündür ki, başlanmış işlər çərçivəsində yolun yatağı hamarlanaraq bərkidilmiş və asfalt örtüyünün verilməsinə başlanılmışdır.  Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov  bü gün ərazidə görülən işlərlə tanış olmaq üçün buraya gəlmiş, işlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

 

  

  

  

 

 

Keçidlər