Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində növbəti səfərə yola salınmışlar.

16 noyabr 2015 | 16:00

Noyabr ayının 16-da Siyəzən rayonunun bir qrup məktəblisinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən ekskursiya turları çərçivəsində İsmayıllı - Qəbələ - Şəki- Qobustan marşrutu ilə səfərə yolasalma mərasimi keçirilmişdir. Yola salınan 35 məktəbli rayonun ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri arasından təhsildə uğurları və nümunəvi davranışı ilə seçilənlər olmuşdur. Onları 4 nəfər  müəllim və 1 nəfər həkim müşaiyət edəcəkdir.  Məktəbliləri bu səfərə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zəfər Əliyev, Təhminə  Bəxtiyarova və Rayon Təhsil Şöbəsinin  müdiri Rəfail Hacıyev yola salmışlar.

Yola salınanlar əvvəlcə Siyəzən şəhərinin mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüşlər.  Daha sonra məktəblilərə iştirak edəcəkləri tur aksiyası barədə məlumat verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməkdə mühüm rol oynayır. Qeyd edilmişdir ki, yeni nəsil dövlətimizin, cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qayğısı sayəsində sürətlə inkişaf edən Azərbaycanın xoşbəxt sabahını yaşayacaqdır.

 

 

 

Tədbirdə çıxış edən məktəblilər ölkəmizin gələcəyi olan uşaqlara böyük diqqət və qayğısına görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

 

Keçidlər