Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni inzibati binanın açılışı olmuşdur.

11 noyabr 2015 | 16:00

Bu gün Siyəzən şəhərində Siyəzən Rayon Elektrik Şəbəkəsinin  yeni inzibati binasının açılışı olmuşdur. Açılış mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov və  “Azərişıq” Açıq Səhmdar Cəmiyyətin İnvestisya Departamentinin rəisi Toğrul Rəhimov iştirak etmişdir.
İnzibati binanın foyesində yaradılmış “Heydər Əliyev guşəsi”ndə Ulu öndərin barelyefi önünə tər çiçəklər düzüldükdən sonra qonaqlar binada yaradılmış şəraitlə tanış olmuşlar.

 

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, inşaat işlərinə  2015-ci ilin avqust ayında başlanılmış və qısa zamanda tikinti işləri yüksək keyfiyyətlə görülərək bina təhvil verilmiş, həmçinin, bütün zəruri avadanlıqlarla təhciz edilmişdir. Şəhərin Şəhriyar küçəsində tikilmiş 2 mərtəbəli binanın birinci mərtəbəsində abonentlərə keyfiyyətli xidmət göstərilməsi üçün hər bir şəraitə malik abonent şöbəsi fəaliyyət göstərəcəkdir.  Bundan başqa satış, tekniki, mühasibatlıq, balans  və digər şöbələrin də səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Binanın ətrafında yaşıllıqlar salınmışdır.

 

 

 

Rayon İcra Hakimiyyətinin başçısı Şəbəkənin əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.

  

Keçidlər