Ağacəkmə kompaniyası keçirilmişdir.
Siyəzən rayonunda yaşıllıqların artırılması istiqamətində artıq ənənə halını almış tədbirlər bu gün də davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Siyəzən şəhərində keçirilən ağacəkmə kompaniyasında İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri böyük həvəslə iştirak etmişdir. Tədbir çərçivəsində mövcud yaşıllıqlara qulluq göstərilmiş, 1000 ədəddən artıq yeni ağac əkilərək onların sahəsi artırılmışdır. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Tədbirdə iştirak edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov yaşıllıqlara qulluq və və onların mühafizəsi üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Rayonda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində bundan sonra davamlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.