Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul keçirilmişdir.

06 noyabr 2015 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Balaca Həmyə kəndində səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir. İcra Hakimiyyətinin başçısı belə görüşlərin ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirildiyi və onların əhəmiyyəti barədə danışmışdır. 

 

Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində əsasən əkinçilik mövsümündə kənd təsərrüfatı texnikası və suvarma suyu ilə təminat, kənd yolunun təmiri, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi  və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Kənd ağsaqqallarından İsmayıl Tarverdiyev və Gülməmməd Məmmədov çıxış edərək kəndin problemlərinin həllinə göstərilən səy və diqqətə görə İcra Hakimiyyətinin başçısına təşəkkür etmişdir.

 

 

Görüşün sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov çıxış edərək belə səyyar görüşlərin bundan sonra da keçirilməsinin məqbul olduğunu bildirmiş, vətəndaşlarımızın həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar bərədə barədə danışmışdır. Qeyd olunmuşdur ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşlarının bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidirlər.

 

Keçidlər