Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclası keçirilmişdir.

29 oktyabr 2015 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının Siyəzən rayonunda icra olunması vəziyyəti haqqında” məsələnin müzakirəsi ilə əlaqədar  növbəti iclası keçirilmişdir. İclasda Siyəzən Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.

Gündəlikdə olan məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatı Memarlıq və tikinti şöbəsinin geniş arayışı dinlənilmiş və müzakirələr aparılmışdır.

İclasda çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin  başçısı cənab Asif Hüseynov rayonda tikinti işlərinə nəzarətin gücləndirilməsi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə tam əməl edilməsi barədə tapşırıq və tövsiyələrini vermişdir.

Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

 

Keçidlər