Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

21 oktyabr 2015 | 15:00

Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2015-ci ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

İclası giriş söz ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə ətraflı məlumat verdi. Daha sonra  Rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zəfər Əliyev məsələ ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir.

Məruzə dinlənildikdən sonra Siyəzən rayonu üzrə maliyyə şöbəsinin rəisi Samir Nemətov, Siyəzən Sukanal idarəsinin rəisi Bəhram Yusifov, Siyəzən rayon elektrik şəbəkəsinin rəisi Qismətəli Əsədov, Xaçmaz Regional Qaz İstismar İdarəsinin Siyəzən qaz xidmət sahəsi üzrə rəis müavini Elmir Camalov hesabat dövründə rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlərdən danışmışlar.

Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Siyəzən rayonunda 2015-ci ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

      

Keçidlər