Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayon müəllimlərinin konfransı keçirilmişdir.

08 sentyabr 2015 | 15:00

Bu gün Siyəzən şəhər Mədəniyyət Mərkəzində  rayon  müəllimlərinin  ənənəvi   sentyabr  konfransı  keçirilmişdir.  Konfransda  “2014-2015-ci  dərs  ilinin  yekunları  və  yeni  dərs  ilində qarşıda  duran  vəzifələr”   mövzusunda  məsələ  müzakirə  edilmişdir. Tədbirdə ilk olaraq  Rayon  Təhsil  şöbəsinin  müdiri    Rəfail  Hacıyev  geniş  məruzə  ilə  çıxış  etmişdir.   Qeyd  edilmişdir  ki,  əsası  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmuş  və  möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyev  tərəfindən  davam  etdirilən  təhsil  islahatları  bütün  respublikamızda  olduğu  kimi  Siyəzən  rayonunda  da  uğurla  davam  etdirilir.  2014-2015-ci  dərs  ilində   Siyəzən  rayonunun  ümumtəhsil  məktəblərində  5779  nəfər  şagird  təhsil  almış,  onların  təlim-tərbiyəsi  ilə  720  nəfər  müəllim  məşğul  olmuşdur.  2015-ci  ildə  20  nəfər  gənc  müəllim  Təhsil  Nazirliyində  imtahan  verərək   rayonun   müxtəlif  məktəblərində  öz  ixtisasları  üzrə  işləmək  hüququ  qazanmışlar.  Siyəzən  şəhər  6  saylı  tam  orta  məktəbin   müəllimi  Tatyana  Səlimova  Prezidentin  sərəncamı  ilə   “Əməkdar  Müəllim”  adına  layiq  görülmüş, Siyəzən  şəhər  1  saylı  tam  orta  məktəbi  “Ən yaxşı  ümumtəhsil  məktəbi” və Siyəzən  şəhər  2  saylı  tam  orta  məktəbin   riyaziyyat  müəllimi  Aynurə  Dadaşova “Ən yaxşı müəllim”  müsabiqəsinin  qalibi  olmuşdur. 

 

Konfransda   buraxılış  və  qəbul  imtahanlarının  nəticələri  haqqında  geniş  müqayisəli  məlumat  verilmişdir.   Qeyd  olunmuşdur  ki,   buraxılış   imtahanlarının  nəticəsindən  asılı  olmayaraq ölkə başçısnın  göstərişi  ilə  bütün  IX  və  XI  sinif  məzunlarına   təhsil  sənədləri  -   ümumi  orta  təhsil  haqqında  şəhadətnamə  və  tam orta  təhsil  haqqında  attestat  verilmişdir.   XI  sinfi   bitirmiş  369  nəfər  məzundan   250  nəfər  qəbul  imtahanlarında  iştirak  etmiş, onlardan  94  nəfəri  ali  məktəblərə  daxil  olmuşdur.  Bundan  əlavə  3 nəfər  hərbi  yönümlü  ali  təhsil  ocaqlarının,  6  nəfər  isə  xarici  ölkələrin  ali  məktəblərinin  tələbələri olmuşlar. Əvvəlki  illərin  məzunlarından  12  nəfər  də  bu ildən tələbəlik  sevinci yaşayırlar.  23  nəfər   orta-ixtisas  məktəblərinə  qəbul  olunmuşdur  ki, onlardan  20  nəfəri  2015-ci  ilin məzunlarıdır. Tələbə  adını  qazanmış  məzunlardan  11  nəfər  500-dən  artıq  bal  toplamışdır.  Onlardan  6  nəfəri 600-dən  yuxarı  bal  toplamışdır.   Siyəzən  şəhər  1  saylı  tam  orta  məktəbin  şagirdləri Umud  Hüseynov 660  bal,  Ramilə Dadaşova   630  bal,   Siyəzən  şəhər  2  saylı  tam  orta  məktəbin  şagirdləri   Jalə  Cəbiyeva   675, Abdulla Abdullayev  643 bal və Fidan  Əsgərova 603 bal, Yenikənd kənd tam orta  məktəbin  şagirdi  Gülzada  Mirzəməmmədova isə 659 balla  yüksək  göstəriciyə  nail  olmuşlar.   Konfransda  həmin   məzunlara  Fəxrı  Fərman   və  pul  mükafatları  verilmişdir.  Rayon məktəblərinin  8  müəlliminə  də Siyəzən rayon Təhsil şöbəsinin    Fəxrı  Fərmanları   təqdim  olunmuşdur.

Konfransda   Siyəzən  şəhər  1  sayli   tam  orta  məktəbin  direktoru  Nəcməddin  Mürvətov,  gənc  müəllim   Tamerlan  Qurbanov,  məzun  Abdulla Abdullayev  çıxış  edərək  təhsilimizə  göstərilən  dövlət  qayğısından,  əldə  olunmuş  nailiyyətlərdən danışmış,  bütün  pedaqoji  ictimaiyyəti,  xüsusilə  şagirdlərin  yüksək  göstəricilər  qazanmasında  əməyi  olan  müəllimləri  təbrik  etmiş,  onlara  xoş  arzularını  bildirmişlər.

 

Konfransda   iştirak   edən  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  nümayəndəsi  Faiq  Şahbazov  hazırda   respublikamızda  təhsil  sahəsində aparılan  genişmiqyaslı işlər,  qəbul  imtahanlarının  gələcəkdə  aparılması  qaydalarında  mümkün  ola  biləcək  yeniliklər,  regionlarda  müəllimlərin  sınaq  qiymətləndirilməsinə  hazırlıq  işlərinin  aparılması,  hesabatların  yeni  qəbulu  sistemi,   təhsilin inkişafı  üzrə  Dövlət Strategiyasının  həyata  keçirilməsi  məsələləri,  dərslik  siyasəti  və bir  sıra  digər  məsələlər  haqqında  geniş  məlumat  vermişdir.

Siyəzən  Rayon  Icra  Hakimiyyətinin  başçısı   cənab  Arif  Qasımov  rayon  müəllimlərini  yeni  dərs  ili  münasibəti  ilə  təbrik  edərək  bildirmişdir  ki,  müəllimlərə,  xüsusilə  gənc  müəllimlərə  hər  cür   qayğı  göstərmək  hər bir  aidiyyəti   şəxsin  borcudur.  O  həm  gənc  müəllimlərə, həm  də ehtiyacı  olan  tələbə  və  şagirdlərə  daim  diqqət  göstəriləcəyini  qeyd  etmişdir.

Konfrans  iştirakçıları  adından  Azərbaycan Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevə  müraciət  qəbul  edilmişdir.

Keçidlər