Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xızı rayonunda vətəndaşları qəbul edəcək.
01 iyul 2015 | 15:00
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 7-də, saat 11:00-da Xızı rayon Heydər Əliyev Mərkəzində Quba, Şabran, Siyəzən, Xaçmaz, Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.