Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Avropa Oyunlarının məşəli Siyəzən şəhərində

05 iyun 2015 | 15:00

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli şimal regionuna səfəri çərçivəsində Siyəzən şəhərinə gətirilmişdir. Siyəzən sakinləri Oyunların məşəlini böyük təntənə ilə qarşılayıblar. Rayon ictimaiyyəti şəhərin Heydər Əliyev küçəsində qurulan Oyunların rəmzi qapısında məşəlin qəbul olunmasını böyük coşqu ilə izlədilər.

Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul etdi. Bundan sonra  11  məşəlçinin yürüşünə start  verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev küçəsi boyunca  2  min  700 metr məsafəni qət etdilər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov səyahət kasasını alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu tarixi hadisəni alqışlarla qeyd etdilər.

Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil verdi.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Atəşgah məbədində alovlandırılmasını əks etdirən video çarxı maraqla izlədilər.

Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli Siyəzən şəhərində - VİDEO

 

 

 

 

 

Keçidlər