Fövqəladə hallar naziri tərəfindən vətəndaşların qəbulu keçiriləcəkdir.
29 may 2015-ci il tarixdə, saat 11:00-da Siyəzən şəhər Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayon sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qeydiyyat Siyəzən şəhər Mədəniyyət evində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) 27 may 2015-ci il tarixdə, saat 09.00-dan başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az