Qələbə günü qeyd olunmuşdur
Bu gün Siyəzən şəhər Mədəniyyət evində ikinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar görüş keçirilmişdir. Tədbirdən əvvəl Siyəzən şəhərində ucaldılmış abidənin önünə tər çiçəklər düzülmüş, həlak olanların xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyəti başçısı cənab Arif Qasımov rayonun müharibə vetreranları və arxa cəbhə iştirakçılarını Qələbə günü münasibətilə təbrik etmiş və xoş arzularını çatdırmışdır. Qeyd edilmidir ki, xalqımızın bu qələbənin qazanılmasında xidmətləri danılmazdır. Veteranlara prezidentin sərəncamı ilə verilən "1941-45-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalları təqdim olunmuşdur.
Böyük Vətən müharibəsinin iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.