Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilmişdir.

15 aprel 2015 | 15:00

Siyəzən şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın vəfatının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmışdir. Əvvəlcə bir dəqiqəlik sükutla Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edildi. Tədbiri YAP Siyəzən rayon təşkilatı Qadınlar şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti bardə ətraflı məlumat verdi. Qeyd edildi ki, yüksək intelektual səviyyəsi, sərrast düşuncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi.  Azərbaycan qadinlarinin bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanim bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması ücün həkim  ilk növbədə insanları sevməli, onlarin ağrısını hiss etməlidir. Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluqa səbəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılmışdı. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyaci var idi. O, 1959- cu ildə “ Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. Zərifə xanım 1967- ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnistitu Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. Zərifə xanim dosentlikdən, professor,  kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yuksəlmişdir. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur.  Z.Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək  bu mükafatı alan ilk qadın olur.  Akademik  Z.Əliyeva, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb.

Mövzu ətrafında Siyəzən rayon 2 saylı tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva, 3 saylı uşaq bağçasının direktoru Turan Qurbanova çıxış etdilər. Tədbirin sonunda məktəblilərin iştirakı ilə şerlər söylənildi, Zərifə xanim Əliyevanın aid həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.

Keçidlər