Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı qeyd olundu

17 mart 2015 | 16:00

17 mart 2015-ci ildə xalq təqvimi ilə çərşənbələrdən sonuncusu sayılan torpaq çərşənbəsi və Novruz bayramının gəlişi Siyəzən rayonunda böyük coşqu ilə qeyd edildi. Bayramsayağı bəzədilmiş “Siyəzən Palace” şadlıq sarayında Siyəzən Rayon İcra Hakimiyyəti başçısı cənab Arif Qasımov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri,  ağsaqqallar və ziyalılar iştirak edirdilər. Öncə Rayon İcra Hakimiyyətinin  başçısı cənab Arif Qasımov bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayon idmançılarının çıxışları ilə tanış olmuşdur. Bayram tonqalı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən alovlandırıldı. Bayram tədbirinə giriş sözü ilə başlayan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov  min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə bütün qonaqları və rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Daha sonra ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Ötən Novruz bayramından keçən bir il Siyəzən rayonu üçün də uğurlu və yaddaqalan olmuşdur.

Daha sonra keçirilən bayram şənliyində bayram adətlərinə uyğun olaraq Keçəlin, Kosanın və Bahar qızının ifasında şən, məzəli səhnəciklər göstərildi. Bayram tədbirində rayonumuzun və respublikamızın tanınmış incəsənət ustalarının ifa etdikləri nəğmələr və xalq mahnıları tədbirə xüsusi təravət gətirdi. Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri hamıya xoş ovqat bəxş etdi.

 

  

  

  

 

 

 

  

  

 

Keçidlər