Yaşıllıqlar artırılır.
Siyəzən rayonunda “IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası davam edir. Bü gün rayonun müxtəlif idarə, müəssisə və təkilatlarının da qatıldığı aksiya zamanı Siyəzən şəhərinin cənub girişindən Bakı şəhəri istiqamətində agac əkilməsi həyata keçirilmişdir. Əsasən rayonun təbii şəraitinə uyğun olan eldar şamı, küknar, sərv, tuya və zeytun ağaclarının əkilməsinə üstünlük verilir. Aksiya başlandığı bir neçə gün ərzində 800-dən artıq ağac əkilmişdir. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək və yalnız yaz mövsümü ərzində 4000-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Görülmüş işlər rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Rayon rəhbərliyi tərəfindən əkilmiş ağaclara qulluq göstərilməsi və mühafizəsi üçün müvafiq tədbirlər görülür.