Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.

14 mart 2015 | 16:00

Bu gün Novruz bayramı münasibətilə Siyəzən şəhərindəki "Xətai" ticarət mərkəzində  kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir. Satışa əhalinin təlabatına uyğun olaraq 10 ton kənd təsərrüfatı məhsulları çıxarılıb. Bayram yarmarkası səhər saat  08:30-dan başlayıb. Yüzlərlə rayon sakini bayram bazarlığını yarmarkadan edib. Qiymətlər bazar qiymətindən fərqli olaraq 20-30 faiz ucuz olub.

Satışa çıxarılan bütün məhsullar həm də keyfiyyəti, ekoloji cəhətdən təmizliyi ilə seçilib. Axşam saatlarınadək davam edəcək bayram yarmarkasına "Siyəzən - Broyler" ACS, "Dağlı" süd emalı müəssisəsi, "Zarat - Quşçuluq" MMC və kənd təsərrüfatı istehsalı ilə məşğul olan fərdi sahibkarlar qatılıb. Qiymətlərin ucuz olması sakinlərin də ürəyincə olub. Onlar bu yarmarkaların mütəmadi təşkil olunmasını arzuladıqlarını bildirmişlər.

Satış yarmarkasının keçirilməsində əsas məqsəd isə bayramqabağı əhalinin yüksək keyfiyyətli məhsullarla təmin etmək bazarlarda süni qiymət artımının qarşısını almaq olub.

Qeyd edək ki, növbəti belə yarmarkanın mart ayının 18-də də keçirilməsi  nəzərdə tutulur.

 

  

 

Keçidlər