Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı keçirilmişdir

12 fevral 2015 | 16:00

12 fevral 2015-ci il tarixdə Siyəzən şəhər Mədəniyyət evində 2014-cü ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

  

Daha sonra iştirakçılar yığıncağın keçirildiyi Siyəzən şəhər Mədəniyyət evinin foyesində son illərdə Siyəzən rayonunda görülmüş abadlıq və quruculuq işləri barədə stendlər və rayonda istehsal olunan məhsulların nümayiş olunduğu sərgi ilə tanış olmuşlar. Sərgidə “Caspian Coast Winery & Vineyards” MMC, “Siyəzən-Broyler” ASC, Siyəzən Kərpic Zavodu, “Bərəkət-97” Firması, “Nəhl” Arıçılıq Təsərrüfatı, “Dağlı” süd emalı sexi, “Fəridə” MMC, “Polimer Sənaye Parkı” MMC və s. sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və təsərrüfatlar təmsil olunurdular.

 

  

 

 

 

  

Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin  nümayəndələri, ağsaqqallar, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.      

 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun hesabat məruzəsi dinlənilmişdir. Hesabatın mətni əvvəlcədən  İcra Hakimiyyətinin rəsmi saytında  və rayonun “Çıraq” qəzetində yayımlanmışdır. 

 

 

Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov, Siyəzən Rayonu üzrə Maliyyə Şöbəsinin rəis əvəzi Samir Nemətov, “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin rəisi Zülfüqar Səlimov, Siyəzən Elektrik Şəbəkəsinin rəis əvəzi Şahid Quliyev, Siyəzən Sukanal İdarəsinin rəisi Zamin Ağayev, Siyəzən şəhərinin su və kanalizasiya sisteminin yenidənqurulması layihəsini həyata keçirən “Ramko” MMC-nin Tikinti Departamentinin direktoru Nail Cabbarov, Siyəzən Telekommunikasiya Qovşağının rəisi Rafiq Kəbirov hesabat ilində rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər.

 

 

 

Tədbirdə Milli Məclisin deputatı cənab Tahir Süleymanov, Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov çıxış edərək son illərdə ölkəmizdə bütün sahələrdə gedən sürətli inkişaf, böyük quruculuq işləri barədə danışmışlar. Arif Novruzov çıxışında cənab Prezident İlham Əliyevin tapşırığına əsasən artıq ikinci dəfə dövlət hesabına keçirilən tibbi müayinə, onun əhəmiyyəti barədə məlumat vermiş və sakinləri bu fürsətdən yararlanmağı tövsiyə etmişdir.

 

Yığıncaq iştirakçılarından Qələmşah Babayev, Məmmədağa Sultanov və digər şəxslər təkliflərlə çıxış etmişlər.

 

Hesabat yığıncağında iştirakçılarına rayonun son illərdə social-iqtisadi və digər sahələrdə inkişafı barədə hazırlanmış slayd nümayiş edilmişdir.

Bundan sonra rayonun social-iqtisadi və ictiami həyatında fərqləndiyinə görə Azərpaşa Əliyevə, rayonun ictimai həyatında fəallığına, mədəni-kütləvi tədbirlərin keçirilməsində yaxından iştirakına və mədəniyyət sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə Rəhim Bağırova, idmanın cüdo növü üzrə Azərbaycan birinciliklərində qazandığı nailiyyətlərə görə Bəsti Səfərovaya Siyəzən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

 

Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Keçidlər