Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü qeyd olunmuşdur.

02 fevral 2015 | 16:00

Bu gün Siyəzən şəhərindəki Gənclər Mərkəzində 2 Fevral – Gənclər Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən təşkil olunan tədbirdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai sahədə fəallığı ilə seçilən 50-dən çox gənc, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.  Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov əvvəlcə tədbiri giriş sözü ilə açaraq  görüş iştirakçılarını Gənclər Günü  münasibəti ilə təbrik etdi. Sonra isə dövlət gənclər siyasətinin əsas istiqamətlərini, eləcə də ötən il ərzində gənclər və idman sahələri üzrə həyata keçirilən tədbirləri və qazanılan uğurları özündə əks etdirən hesabat məruzəsi ilə çıxış etdi. Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxışında qeyd etdi ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuşdur. Məhz Ümumilli lider Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının bir təzahürü  kimi fevral ayının 2-i respublikamızda Gənclər Günü elan olunmuşdur. Daha sonra Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev, şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəhla Nadirova, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Şəms Hüseynova və şəhər 6 saylı məktəb-liseyin tarix müəllimi Pərvin Ağasıyev çıxış edərək  gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin olunması, gənclər sahəsi üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması və ümumilikdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışdılar. Çıxışlarla yanaşı rayonun incəsənət ustalarının ifasında rəngarəng mahnılar səsləndirildi.

   

 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbirdə çıxış edərək bildirdi ki, ötən dövr ərzində gənclər siyasəti sahəsində mühüm işlər görülmüşdür. Görülən işlərin nəticəsidir ki, gənclərimiz müxtəlif sahələr üzrə böyük uğurlara imza atır, cəmiyyətin həyatında fəal rol oynayırlar. İdmançılarımız beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Gənclərimiz bundan sonra da ölkəmizin inkişafı naminə bütün qüvvəsini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalıdırlar. Tədbirin sonunda müxtəlif sahələr üzrə nəaliyyətlər qazanan bir qrup gənc fəxri fərmanlarla təltif olundu.

 

Keçidlər