Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq, quruculuq işləri davam etdirilir.

30 dekabr 2014 | 16:00

Bu günlərdə artıq davamlı xarakter almış abadlıq işlərinin bir hissəsi kimi Siyəzən şəhərinin Xətai küçəsinin asfaltlanması işlərinə başlanılmışdır. Artıq yolun bir hissəsinə asfalt örtüyü verilmişdir. Qeyd etmək lazımdır ki, şəhərin ən uzun küçələrindən biri olan Xətai küçəsinin asfaltlanmasından tək bu küçənin deyil, eyni zamanda S.Vurgun, A.Zahirov, H.Talıbov, B.Bayramov, O.Qoçəliyev küçələrinin, “Su kəməri” yaşayış massivinin, Böyük Həmyə kəndinin sakinləri də faydalanacaqlar. Ona görə də havaların əlverişli keçməsindən istifadə edən iş icraçıları işə daha çox qüvvə cəlb etməklə tez bir zamanda küçənin tam asfaltlanmasını başa çatdırmaq niyyətindədirlər. 

 

 

 

Keçidlər