Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin irsi öyrənilir

10 dekabr 2014 | 16:00

Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli liderin irsinin öyrənilməsi məqsədilə təşkil olunmuş növbəti dərs keçirilmişdir. Təsdiq edilmiş qrafikə uyğun olaraq keçirilən dərsdən öncə C.Cabbarlı adına Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdləri Mərkəzlə tanış olmuş, onlara dahi liderin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Daha sonra məktəbin tarix müəllimi Fəxrəddin İsmayılov tərəfindən Heydər Əliyev şəxsiyyəti, onun müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinin bərpası, inkişafında önəmli rolu və digər mövzuları əhatə edən dərs keçilmişdir. 

  

 

Ümumiyyətlə, təşkil olunmuş dərslər rayonun bütün ümumtəhsil məktəblərinin XI sinif şagirdlərini əhatə etməklə keçirilir. Dərslərin keçirilməsi üçün Rayon Təhsil Şöbəsi tərəfindən  ixtisaslı tarix müəllimləri seçilib. Onlar, Heydər Əliyev Mərkəzinin direktoru, 2 saylı tam orta məktəbin tarix müəllimi Ramilə Seyidova, 1 saylı  tam orta məktəbin  tarix müəllimi, əməkdar müəllim Fəxrəddin İsmayılov, 2 saylı tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva, 3 saylı tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim Səmayə Hüseynova, 6 saylı tam orta məktəbin tarix müəllimləri Pərvin Ağasıyev, rus bölməsindən Yalçın Abdullayevdir. Dərsdən əvvəl şagirdlər Mərkəzdə Heydər Əliyevin həyat yolunu və genişmiqyaslı fəaliyyətini əks etdirən muzeylə tanış olurlar. Dərslər tezislər əsasında qurulmuş və  hər biri üçün 2 akademik saat təyin edilmişdir. Hər bir mövzu əsasında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə aid  videogörüntülər şagirdlərə təqdim olunur. Bütün dərslər yüksək səviyyədə keçirilir və  şagirdlər dərslərdə  böyük həvəslə iştirak edirlər.

 

Dərslərin keçirilməsində məqsəd Ulu öndərin keçdiyi genişmiqyaslı uğurlu  həyat yolu ilə gələcəyimiz olan uşaqları taniş etməkdir. Ona görə ki, dahi rəhbərin həyatının hər bir anı  hər birimiz üçün, xüsusilə gənclər üçün böyük örnəkdir.

Keçidlər