Şriftin ölçüsü :

Saytın rəngi :

Yubiley tədbiri keçirilmişdir.

30 avqust 2014 | 15:00

30 avqust 2014-cü il tarixdə Siyəzən şəhər Mədəniyyət evində əfsanəvi diktor, Əməkdar artist Aydın Qaradağlının 85 illik yubiley mərasimi keçirilmişdir. Tədbirdə respublikamızın məşhur elm və incəsənət xadimləri iştirak edirdilər. Tədbirin aparıcı təbrik üçün ilk sözü Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımova vermişdir. İcra Hakimiyyətinin başçısı tədbirə gələn qonaqları səmimiyyətlə salamlamış və qeyd etmişdir ki, Azərbaycanda ilk peşəkar diktorlardan olan Aydın Qaradağlı qısa ömür sürsə də onun həyat və fəaliyyəti bu  peşəni seçmiş gənclər üçün həmişə örnək olaraq qalacaqdır. Qeyd edildi ki, bu yaxınlarda rayonun bir qrup ziyalısı və ağsaqqallar Rayon İcra Hakimiyyətinə müraciət edərək Siyəzən şəhərindəki küçələrdən birinə mərhum diktorun adının verilməsini xahiş etmişlər. Vətəndaşların müraciəti müsbət qarşılanmış və şəhər küçələrindən birinin adı dəyişdirilərək Aydın Qaradağlının adı verilmişdir. Hamını bir daha təbrik edən cənab Arif Qasımov yubiley tədbirinin Siyəzəndə keçirilməsi barədə təklifin müsbət qarşılandığı üçün diktorun ailə üzvlərinə və yaxınlarına minnətdarlığını bildirmişdir. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Rəyasət Heyətinin sədri Azərpaşa Nemətov, filologiya elmiləri doktoru, professor Vüqar Əhməd, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin sədr müavini Cavanşir Cahangirov, unudulmaz diktorlarımız, Əməkdar artistlər  Əli Məmmədov və Həqiqət Əsgərzadə, yazıçı-publisist Oqtay Hacımusalı çıxış edərək korifey sənətkarın həyat və fəaliyyətindən danışmış, xatirələrini bölüşmüşlər. Maraqlı keçən tədbiri Xalq artistləri Teymur Mustafayev, Nisə Qasımova, Əməkdar artist Mətənət İsgəndərli, müğənnilər Qismət Məmmədzadə, Fədayə Laçın, Almaxanım Əhmədlinin ifaları daha rəngarəng etmişdir. Tədbirin sonunda unudulmaz diktorun qızı Aygül Qaradağlı atasının xatirəsinin əziz tutulmasından və  yüksək səviyyədə  yubiley tədbirinin keçirilməsindən ötrü rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Keçidlər