Şriftin ölçüsü :

Saytın rəngi :

08 aprel 2023-cü il tarixində Siyəzən rayonunda iməclik keçirilmişdir.

08 aprel 2023 | 12:45

08 aprel 2023-cü il tarixində Siyəzən rayonunda iməclik keçirilmişdir.

Siyəzən rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər sərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməclik keçirilib. İməcilikdə idarə-müəssisələrin rəhbərləri və əməkdaşları, sahibkarlar, təsərrüfat xidmətlərinin işçiləri iştirak etmişdir. Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilmişdir. Rayonun ərazisində 200-dən çox  yeni ağac əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. 

Siyəzən rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin Siyəzənlilərin Ulu öndərimizin əziz xatirəsini yad etmələrinə bir töhfə olmuşdur.

Keçidlər