Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər siyasəti

Siyəzən Rayon Gənclər və  İdman idarəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qurumu kimi rayonda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir. Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında,  Azərbaycan xalqının mədəni irsinə, tarixinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, rayonun ictimai-siyası, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin olunması, onların intellektual və yaradıcılıq potensialının ümumilli problemlərin həllinə səfərbər olunması idarənin gənclər siyasətinin əsas prinsiplərini təşkil edir.

“Dövlət gənclər siyasəti” haqqında qanunun və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq  bəndlərinin icrası ilə bağlı 2018-ci il ərzində rayonda gənclərin intellektual, fiziki və mənəvi cəhətdən inkişafına nail olunması, onların bacarıq və qabiliyyətlərinin aşkara  çıxarılıb reallaşdırılmasına köməklik məqsədi ilə idarə tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,  onların Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyyə olunması məqsədi ilə “20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir” mövzusunda inşa-yazı, “Müstəqilliyimizə gedən yol 20 Yanvar faciəsindən keçir” mövzusunda dəyirmi masa, 26 fevral Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük faciədir”  mövzusunda rəsm müsabiqəsi, rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun rayon biriniciliyi, rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa-yazı müsabiqəsi, rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə dövlət atributlarının təbliği mövzusunda görüşlər, “Milli-mənəvi dəyərlər və müasir gənclik” mövzusunda dəyirmi-masa və digər tədbirlər keçirilmişdir.

Gənclərin intellektual inkişafının təmin olunması, istedadlı gənclərin aşkar olunması məqsədi ilə idarə tərəfindən  “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr və gənclər arasında rayon çempionatı, “Azərbaycan – doğma Vətənim” mövzusunda “Breyn-rinq” intellektual oyunu üzrə rayon çempionatı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatı, gənclər arasında kompyuter oyunları üzrə rayon çempionatı, təsviri sənət əsərlərindən ibarət əl işlərinin sərgisi təşkil olunmudur.

Gənclərin narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən çəkindirilməsi və sağlam həyat tərzinin onlar arasında təbliği məqsədilə rayon ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rəsm  müsabiqəsi, “26 İyun Narkomanlıq əleyhinə ümumdünya mübarizə günü”nün qeyd olunması ilə əlaqədar gənclərin iştirakı ilə “Narkomaniya bəşəriyyətin ən böyük bəlasıdır” mövzusunda konfrans, “Sağlam həyat tərzini seç!” devizi altında futbol üzrə rayon çempionatı, “Biz narkotiklərə yox deyirik” devizi altında boks, cüdo və sambo idman növləri üzrə rayon birincilikləri təşkil olunur.

Siyəzən rayon Gənclər və İdman idarəsi idarənin 2018-ci ilin I və II yarımilliyi üçün tədbirlər planına əsasən 2018-ci il ərzində gənclər sahəsi üzrə 27 tədbir keçirmiş və həmin tədbirlər rayonun 1487 nəfər yeniyetmə və gəncini əhatə etmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2018-ci ilin I və II yarımilliyi ərzində gənclər sahəsi üzrə keçiridiyi 6 zona tədbirində rayonun 61 nəfər gənci və 6 nümayəndəsi – cəmi 67 nəfər, 7 respublika tədbirində rayonun 54 nəfər gənci və 7 nümayəndəsi - cəmi 61 nəfər iştirak etmişdir. 1 zona yarışında 1 nəfər I, 2 nəfər isə II yeri tutmuşdur.
20-22 aprel 2018-ci il tarixdə Qusar rayonunda keçirilmiş gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə X Azərbaycan çempionatının zona mərhələsində Siyəzən rayonunun “Flaqman” komandası II yeri tutaraq yarışın final mərhələsinə vəsiqə qazanmışdır.

10-12 may 2018-ci il tarixlərdə Qusar rayonunda keçirilən Kompyuter Oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının zona mərhələsində rayon komandasının üzvlərindən bir nəfər I, 2 nəfər isə II yeri tutmuşlar.

09 – 11 noyabr 2018-ci il tarixlərdə Quba şəhərində keçirilən yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsində rayonun yeniyetmələrdən ibarət “Nirvana” komandası I yeri tutaraq yarışın final mərhələsinə vəsiqə qazanmışdır.

Rayon gənclərinin istər inkişafında, istərsə də asudə vaxtlarının səmərəli təşkilində Gənclər Mərkəzinin mühüm rolu var. 2013-cü ilin iyul ayında istifadəyə verilmiş Mərkəzdə bilyard, stolüstü tennis, şahmat otağı, oyun avtomatları zalları ilə yanaşı internet klub, internet kafe və Azərbaycan ərazisində vaxtilə mövcud olmuş dövlətlərin bayraqlarının, pul nişanlarının, medalların, müxtəlif tarixi sənədlərin və digər eksponatların yer aldığı Dövlətçilik muzeyi fəaliyyət göstərir. Gənclər Mərkəzində yaradılan şərait millətimizin sabahı olan gənclərin  vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət və Vətənə məhhəbbət ruhunda tərbiyə olunmasında, həmçinin onların intellektual inkişaflarında və asudə vaxtlarının daha səmərəli təşkil olunmasında mühüm rol oynayır.

Keçidlər