Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 

Sənaye: Siyəzən ölkəmizin sənaye rayonlarındandır. Əsas təbii sərvətləri neft, təbii qaz, qum, çınqıl, gildir. Sənayedə mədənçıxarma və emal sənayesi inkişaf etmişdir.

Rayonda 7 iri və orta, 5 kiçik sənaye müəssisəsi, fərdi sahibkarlara məxsus 2 un dəyirmanı, çörək və çörək məmulatları sexləri, mebel sexi, plastik profilli məmulat istehsalı sexi fəaliyyət göstərir.

2018-ci ildə fəaliyyəti olan 9 sənaye müəssisəsi və sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən 33150,0 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcminin 36,4 faizi dövlət mülkiyyətinin, 63,6 faizi  xüsusi mülkiyyətin payına düşür.

2018-ci ildə natural ifadədə 50,6 min ton neft, 8,1 milyon kub metr qaz, 1,1 min dekalitr distillə edilmiş spirtli içkilər, 20,1 min dekalitr təzə üzümdən köpüklənən şərab, 6857,3 ton sərt plastmasdan borular, borucuqlar və şlanqlar istehsal edilmiş, emal müəssisələrin anbarlarından istehlakçılara 1,2 min dekalitr distillə edilmiş spirtli içkilər, 54,8 min dekalitr təzə üzümdən köpüklənən şərab, 6966,5 ton sərt plastmasdan borular, borucuqlar və şlanqlar göndərilmişdir.

2018-ci ildə sənayedə işləyənlərin orta illik sayı 1196 nəfər, orta aylıq əmək haqqı 761,6 manat təşkil etmişdir.

Kənd təsərrüfatı: Aqrar sahəyə dövlət dəstəyinin artması rayonda kənd təsərrüfatının sürətli inkişafına təkan vermişdir. 70,3 min hektar rayon ərazisinin 38,11 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 8,94 min hektarını əkin yeri təşkil edir. Kənd təsərrüfatında taxılçılıq, heyvandarlıq və quşçuluq əsas yer tutur. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı fərdi sahibkar və ailə kəndli təsərrüfatlarının əlində cəmləşmişdir. Rayonda iri quşçuluq təsərrüfatı olan “Siyəzən-Broyler” ASC fəaliyyət göstərir.

2018-ci ildə rayon üzrə 111481,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 6,0 faizini bitkiçilik, 94,0 faizini heyvandarlıq məhsulları təşkil etmişdir.

2018-ci ildə rayonda 6083,0 ton taxıl, 195,1 ton qarğıdalı, 358,0 ton kartof, 1148,0 ton tərəvəz, 1002,0 ton ərzaq üçün bostan məhsulu, 1202,0 ton meyvə, 242,0 ton üzüm yığılmışdır. 100 hektar yeni fındıq bağı, 18 hektar yeni zeytun bağı salınmışdır.

2018-ci ildə  rayonda 6847,0 ton buğda, 4375,0 ton arpa, 322,0 ton dən üçün qarğıdalı, 40,0 ton noxud, 10,0 ton lobya, 2,5 ton soya, 60,0 ton şəkər çuğunduru (sənaye emalı üçün), 31,0 ton dən üçün günəbaxan, 378,0 ton kartof, 1841,0 ton tərəvəz, 970,0 ton bostan məhsulu, 2286,0 ton meyvə, 380,0 tom üzüm toplanmışdır.

2019-cu ilin əvvəlinə rayonda bəslənən iri buynuzlu mal-qaranın  sayı 13254 baş, qoyun və keçilərin sayı 54800 baş təşkil etmişdir.  Diri çəkidə 25157,5 ton ət, o cümlədən 22992,2 ton quş əti, 12373,0 ton süd, 12,3 milyon yumurta, 91,0 ton yun istehsal edilmişdir.

Siyəzən rayonunun əsas sosail – iqtisadi göstəriciləri

Sosial-iqtisadi göstəricilər vahidi 2003-cü il 2018-ci il
 Əhalinin sayı  nəfər  34938 42226
 Ümumi məhsul buraxılışının həcmi  min manat  25495,5 227246,3
 Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi  manat  729,7 3525,8
 Sənaye məhsulunun həcmi  min manat  11056,4 33282,7
 Sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi  min manat - 21075,0
 Kənd təsərrüfatı məhsulunun həcmi  min manat  11274,8  111481,1
 Tikinti  min manat  280,4 52585,3
 Nəqliyyat  min manat  423,8 1219,7
 İnformasiya və rabitə  min manat  115,7 485,4
 Ticarət  min manat  2344,4 28192,1
 İstifadəyə verilmiş əsas fondlar  min manat   2411,6  40079,1
 Əsas kapitala yönəldilən investisiyalar, o cümlədən  min manat  2435,9 91371,2
     • Sənaye  min manat  2276,7 24702,9
     • Kənd təsərrüfatı  min manat - 11511,8
     • Tikinti  min manat - 32774,0
     • Nəqliyyat  min manat - -
     • Rabitə  min manat  68,1 -
     • Ticarət  min manat - -
     • Sosial sahə  min manat  9,3 -
     • Digər sahələr  min manat  81,8 22382,5
 Əhalinin gəlirləri  min manat  14000,0 122727,8
 Adambaşına düşən gəlirlər  manat  400,7 2929,1
 Əhalinin xərcləri  min manat  12900,0 100630,0
 Adambaşına düşən xərclər  manat  372,4 2701,7
 Orta aylıq nominal əmək haqqı  manat  67,2 396,7
 Pərakəndə əmtəə dövriyyəsi  min manat  8682,9  86230,4
 Adambaşına düşən əmtəə dövriyyəsi  manat  248,5 2058,0
 Əhaliyə göstərilən pullu xidmətlərin həcmi  min manat  999,0 18786,7
 Adambaşına düşən xidmətləri  manat  28,6 448,4
 Mənzil fondu  min m2  453,7 703,5
 Adambaşına düşən mənzil fondu  m2  13,0 16,8
 Rayonun gəlirləri  min manat  1248,0 3941,3
 Rayonun xərcləri  min manat  1247,0  3719,2

 

Keçidlər