Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən rayonunda karantin rejiminin tələblərinə əməl olunmaqla zəfər yürüşünə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmişdir.

03 dekabr 2020 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Siyəzən şəhərinin şimal girişində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə zəfər yürüşüə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmişdir. Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Siyəzən rayonu ərazisində də baş tutan aksiyada əsasən yerli şəraitə uyğun ağaclar əkilmişdir. Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələrinin də qatıldığı aksiyada 300 ədəd sərv və kiparis ağacları,152 ədəd xan çinarı və 110 ədad qızılgül kolu əkilmişdir.

 

 

                                                

Keçidlər