Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı keçirilmişdir

22 fevral 2020 | 16:00

22 fevral 2020-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin akt zalında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin  nümayəndələri, ağsaqqallar, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun hesabat məruzəsi dinlənilmişdir. Hesabatın mətni əvvəlcədən İcra Hakimiyyətinin rəsmi saytında və rayonun “Çıraq” qəzetində yayımlanmışdır.

 

Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Maliyyə Şöbəsinin rəisi Rəsul Əlibəyov, Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Suvarma Sistemləri İdarəsinin rəisi Murad Xəlilov və Elektrik Şəbəkənin baş mühəndisi Qismətəli Əsədov hesabat ilində rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər.

 

 

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxış edərək görülmüş tədbirlər nəticəsində  ölkəmizdə  əldə olunmuş nailiyyətlər, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün  ölkə başçısı tərəfindən görülən işlər, əmək haqlarının artırılması, yeni iş yerlərinin açılması və s. tədbirlər barədə danışmışdır.

 

Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

                                                     

 

 

 

 

Keçidlər