Şriftin ölçüsü :

Saytın rəngi :

Polşanın Torun şəhərində keçirilmiş rəsm müsabiqəsin iştirakçısı Aytac Mütəllimovanın mükafatı təqdim edilmişdir

20 noyabr 2019 | 16:00

 20 noyabr 2019-cu il tarixdə Siyəzən rayon Heydər Əliyev Mərkəzində  Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə təntənəli surətdə tədbir keçirilmiş və Aytac Mütəllimovaya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mükafatı təqdim olunmuşdur.
      Rayon Uşaq İncəsənət Məktəbinin  təsviri sənət rəssamlıq şöbəsinin məzunu Aytac Mütəllimova 17 avqust 2016-cı il tarixdə Yaponiya XIX Kanadava Dünya Uşaqlarının Bədii sərgisində, 19 avqust 2016-cı il tarixdə “Misir Dünya Uşaqlarının gözü ilə” və 15 may 2017-ci il tarixdə Bakı şəhəri IV “İslam sivilizasiyası uşaqların gözü ilə” rəsm müsabiqələrində, 2016-2017-ci illərdə Yunanıstan Ksanti şəhərində “Musiqi Cığırı” adı altında VII Uşaq İncəsənət sərgisində, 17 oktyabr 2019-cu il tarixdə Polşanın Torun şəhərində keçirilmiş XX Beynəlxalq Uşaq və Gənclər Bədii Yaradıcılıq rəsm müsabiqəsində müvəffəqiyyətlə iştirak etmiş, diplom və fəxri fərmanlarla təltif edilmişdir.
       Ölkə və beynəlxalq rəsm müsabiqələrində qazandığı nailiyyətləri nəzərə alaraq A.Mütəllimova Rayon İcra Hakimiyyəti başçısının 2019-cu il 19 noyabr tarixli 115 nömrəli fəxri fərmanı ilə təltif edilmiş və qiymətli hədiyyə verilmişdir.
         Sonda tədbir iştirakçıları A.Mütəllimovanın rəsm əsərləri ilə tanış olmuşdur.

 

 

 

Keçidlər