Home Contact Phone
background
  • Ünvan: AZ 5300, Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 39.
  • Faks: (+99423) 304-20-77
  • E-mail: mail@siyezen-ih.gov.az

Xəbərlər

  • Yollara asfalt örtüyü verilməsi davam edir.

    Yollara asfalt örtüyü verilməsi davam edir.

    2016-06-14

    Siyəzən şəhərində abadlıq işləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov şəhərin H.Aslanov və M.P.Vaqif küçələrində görülən işlərlə tanış olmuşdur.

  • Şura iclası keçirilmişdir

    Şura iclası keçirilmişdir

    2016-06-03

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın "Siyəzən rayonunun məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri haqqında” məsələnin müzakirəsi ilə əlaqədar növbəti iclası keçirilmişdir. İclasda rayonun uşaq bağçalarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.

  • 28 May - Respublika Günü münasibətilə dəyirm...

    28 May - Respublika Günü münasibətilə dəyirmi masa keçirilmişdir

    2016-05-27

    Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova iştirakçıları bayram münasibətilə təbrik edərək şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tariximizdə şərəfli yer tutması barədə danışmişdır.

  • “Multikultural dəyərlər və Azərbaycançıl...

    “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirilmişdir

    2016-05-26

    Bu gün Siyəzən rayonunda “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Qadınlar Şurasının sədri , YAP İcra katibinin əməkdaşı Zəkiyyə Musayeva və zona üzrə Qadınlar şuralarının sədr və üzvləri iştirak edirdi.

  • Nardaran kəndində səyyar qəbul keçirilmişdir...

    Nardaran kəndində səyyar qəbul keçirilmişdir.

    2016-05-20

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov bu gün Nardaran kənd sakinləri ilə görüşmüşdür. Görüşdə rayon rəhbərliyi ilə yanaşı rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Zarat kəndində növbəti səyyar qəbul keçiril...

    Zarat kəndində növbəti səyyar qəbul keçirilmişdir

    2016-05-13

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Zarat kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Abadlıq işləri davam etdirilir

    Abadlıq işləri davam etdirilir

    2016-05-13

    Siyəzən şəhərində abadlıq işləri davam etdirilir. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov şəhərin Hökmulla Talıbov küçəsini Xətai küçəsi ilə birləşdirən yolda görülən işlərlə tanış olmuşdur.

  • Azərbaycan Xalqının Ümummilli Lideri Heydər ...

    Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir.

    2016-05-10

    Bu gün rayonumuzda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu öndərin Siyəzən şəhərindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək xatirəsini hörmətlə yad etmişlər. Daha sonra ağacəkmə iməcliyi keçirilmişdir.

  • Dəyirmi masa keçirilmişdir.

    Dəyirmi masa keçirilmişdir.

    2016-05-05

    05 may 2016-cı il tarixdə Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev şəxsiyyəti multicultural və tolerant dəyərlər işığında” adlı dəyirmi masa keçirilmişdir.

  • Şəhid Ağadadaş Şahkərəmovun medalı anasın...

    Şəhid Ağadadaş Şahkərəmovun medalı anasına təqdim edildi.

    2016-04-27

    Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 19 avqust 2015-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Siyəzən rayonunun Dağ Quşçu kənd sakini Ağadadaş Şahkərəmovun valideynlərinə "Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalının təqdimetmə mərasimi keçirilmişdir.

  • Həmrəylik nümayiş olundu

    Həmrəylik nümayiş olundu

    2016-04-04

    Bu gün Siyəzən şəhər Mədəniyyət Mərkəzində rayoni ctimaiyyətinin geniş tərkibdə toplantısı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların, səhiyyə, təhsil müəssisələrinin, bələdiyyələri nümayəndələri, şəhid ailəsi üzvləri, Qarabağ əlilləri iştirak edirdilər.

  • Soyqırım qurbanları yad edilmişdir.

    Soyqırım qurbanları yad edilmişdir.

    2016-03-31

    Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai –siasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova iştirak edirdi.

  • Dağ Quşçu kəndində səyyar görüş keçirilm...

    Dağ Quşçu kəndində səyyar görüş keçirilmişdir.

    2016-03-18

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov Dağ Quşçu kəndində sakinlərlə görüşmüşdür. Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir

  • Novruz bayramı təntənə ilə qeyd olundu

    Novruz bayramı təntənə ilə qeyd olundu

    2016-03-17

    Bu gün Siyəzən rayonunda Novruz bayramının gəlişi böyük təntənə ilə qeyd edildi. Bayramsayağı bəzədilmiş “Siyəzən Palace” şadlıq sarayında Siyəzən Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ziyalılar iştirak edirdilər.

  • Abadlıq işlərinə başlanılmışdır.

    Abadlıq işlərinə başlanılmışdır.

    2016-03-16

    Artıq yurdumuza yaz gəlir. Havalar isindikcə hər yerdə olduğu kimi rayonumuzda abadlıq və quruculuq işləri daha geniş vüsət almaqdadır. Artıq rayon mərkəzində yolların təmiri işlərinə başlanılmışdır.

  • Ekologiya və təbii sərvətlər naziri Siyəzən...

    Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

    2016-03-16

    Martın 16-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

  • Kənd təsərrüfatı məhsullarının satış yar...

    Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

    2016-03-15

    12 mart 2016-cı il tarixdən Siyəzən şəhərindəki "Xətai" ticarət mərkəzində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkasının keçirilməsinə başlanılmışdır. Satışa əhalinin təlabatına uyğun olan kənd təsərrüfatı məhsulları çıxarılır.

  • Səyyar ASAN xidmət Siyəzəndə

    Səyyar ASAN xidmət Siyəzəndə

    2016-03-14

    Bu gündən etibarən rayonumuzda Səyyar ASAN xidmət fəaliyyətə başlamışdır. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında təşkil olunmuş xidmət 12 aprel 2016-cı il tarixədək davam edəcəkdir.

  • 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti...

    8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirilmişdir.

    2016-03-07

    Bu gün Siyəzən şəhərindəki Gənclər Mərkəzində 8 mart - Qadınlar günü münasibətilə bayram tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin də iştirak etdiyi tədbirə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan, həmçinin ictimai fəallığı ilə seçilən qadınlar dəvət edilmişdilər.

  • 5 mart - Bədən tərbiyəsi və idman günü mün...

    5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə tədbir keçirilmişdir.

    2016-03-04

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə rayonda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri, veteran idmançı və məşqçilərlə görüşmüşdür.

  • Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı ...

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Sədan kəndində sakinlərlə görüşmüşdür.

    2016-03-03

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov Sədan kəndinə gələrək sakinlərlə görüşmüşdür. Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Xocalı soyqırımı qurbanları yad edilmişdir

    Xocalı soyqırımı qurbanları yad edilmişdir

    2016-02-26

    Bu gün XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 24 il ötür.

  • “Multikultural və tolerant dəyərlərimiz: tar...

    “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilmişdir

    2016-02-24

    Fevralın 24-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ...

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir.

    2016-02-24

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan və Şabrandan olan sakinləri qəbul edib.

  • Xocalı soyqırımına həsr olunmuş rəsm müsab...

    Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir

    2016-02-23

    Bu gün Siyəzən şəhər Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsi əvvəlcə 1 dəqiqəlik sükutla yad etmiş, daha sonra rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər.

əvvəlki [3] növbəti