Şriftin ölçüsü :

Saytın rəngi :

Zarat kəndində səyyar qəbul keçirilmişdir

22 avqust 2019 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun növbəti səyyar qəbulu bu gün rayonun Zarat kəndində keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son dövrlərdə ölkəmizdə əldə olunmuş sosial-iqtisadi tərəqqi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, kənd təsərrüfatının, sənayenin inkişafı və s. tədbirlər barədə ətraflı məlumat vermişdir.

Görüşdə çıxış edən kənd sakinləri görülmüş işlərə  görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə  tapşırıqlar  verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov görüşdə çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən keçirilən səyyar görüşlərin əhəmiyyəti barədə danışmışdır. Qeyd edilmişdir ki, belə tədbirlər vətəndaşları narahat edən məsələlərin yerində öyrənilməsi, onların həlli istiqamətində tədbirlərin vaxtında həyata keçirilməsi üçün çox əhəmiyyətlidir.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov vətəndaşların bütün müraciətlərinin diqqət mərkəzində saxlanılacağı və həlli üçün lazımi tədbirlərin görüləcəyini bildirmişdir.

       

                                         

  

 

Keçidlər