Şriftin ölçüsü :

Saytın rəngi :

“Oxu bayramı” keçirilmişdir

15 may 2019 | 16:00

15 May 2019-cu il tarixdə Siyəzən rayon Mərkəzi Kitabxanasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Oxu bayramı” keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova iştirak etmişdir.

Açıq havada təşkil olunmuş bayram tədbirində üç mindən artıq kitab, həmçinin,  əl işləri, rəsm əsərləri nümayiş etdirilmişdir.

“Oxu bayramı” çərçivəsində münsiflər heyəti rayonumuzun ən fəal 5 oxucusunu seçərək fəxri fərman və pul mükafatı ilə mükafatlandırmışlar.

Sonda Rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında musiqi nömrələri səsləndirilmiş, kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilmişdir.

  

  

  

  

  

  
.

Keçidlər