Şriftin ölçüsü :

Saytın rəngi :

Konsert proqramı və atəşfəşanlıq keçirilmişdir

08 aprel 2019 | 16:00

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Bununla əlaqədar bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Siyəzən şəhərində konsert proqramı və atəşfəşanlıq keçirilmişdir. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbirdə iştirak etmiş, hər kəsi bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir.

  

  

  

  

  

  

Keçidlər