Şriftin ölçüsü :

Saytın rəngi :

Daşlı Çalğan kəndində səyyar qəbul keçirilmişdir

08 fevral 2019 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Daşlı Çalğan kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov ötən görüşdən sonra kənddə görülmüş işlər, vətəndaşlar problemlərinin həlli ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir.

Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə  tapşırıqlar  verilmişdir.

  

  

 

 

Facebook səhifəmizi izləyin

Keçidlər