Şriftin ölçüsü :

Saytın rəngi :

2 yaşdan yuxarı uşaqlar üçün psixoloq və loqoped tərəfindən ödənişsiz qəbul keçirilmişdir

24 noyabr 2018 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi və “Qala Media” MMC-nin təşkilatçılığı ilə “Viqas Med” Quba Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən Siyəzən şəhər 3 saylı tam orta məktəbdə 2 yaşdan yuxarı uşaqlar üçün psixoloq və loqoped tərəfindən ödənişsiz qəbul keçirilmişdir. Qəbulda 150 nəfərə yaxın uşağa qeyd olunan istiqamətlər üzrə xidmət göstərilmişdir.

Tədbirdə “Viqas Med” Quba Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri F.Bağırova, mərkəzin təmsilçisi H.Cavadova, Azərbaycan Dövlət Pedoqoji Universiteti Quba filialı pedaqoji fakültəsinin dekan müavini N.Bayramova tərəfindən uşaqların müayinəsini aparmışdır.

Valideynlərin xahişlərini nəzərə alaraq gələcəkdə kənd yerlərində də bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

  

  

Keçidlər