Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü qeyd olunmuşdur.

12 noyabr 2018 | 16:00

Bu gün Siyəzən şəhər Heydər Əliyev Mərkəzində Rayon icra Hakmiyyəti tərəfindən 12 Noyabr - Konstitusiya günü münasibətilə dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakmiyyətinin başçısının müavini - ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova, rayonun  idarə, müəssisə və təşkilatlarında çalışan işçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmışdır. Daha sonra İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova bayram münasibətilə iştirakçıları təbrik etmiş və Konstitutsiya günü ilə əlaqədar ətraflı çıxış etmişdir. T.Bəxtiyarova dövlət və cəmiyyətin həyatında Konstitusiyanın rolundan, Ümummilli Lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış müstəqil dövlətimizin ilk əsas qanununun cəmiyyət və dövlətin gələcək inkişafının təməli olduğundan bəhs etmişdir.  Azərbaycanda bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin  fəaliyyətinin Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulduğundan, ölkəmizdə yaradılmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühitin bütün xalqımızda Azərbaycanın parlaq gələcəyinə olan inamı bir daha artırdığından iftixarla söhbət açmışdır.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatı Hüquq şöbəsinin məsləhətçisi Gülnar İlyasova Konstitusiya Günü ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının Böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Həsənağa Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova və  Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova çıxış etmişlər. 

Tədbirin sonunda Konstitusiya günü ilə əlaqədar videofilmə baxış keçirilmişdir.

Keçidlər