Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı keçirilmişdir

05 fevral 2018 | 16:00

5 fevral 2018-ci il tarixdə Siyəzən şəhər Mədəniyyət Mərkəzində 2017-ci ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

 

Daha sonra iştirakçılar yığıncağın keçirildiyi Siyəzən şəhər Mədəniyyət Mərkəzinin foyesində Siyəzən rayonunda istehsal olunan məhsulların nümayiş olunduğu sərgi ilə tanış olmuşlar. Sərgidə “Caspian Coast Winery & Vineyards” MMC, “Siyəzən-Broyler” ASC, Siyəzən Kərpic Zavodu, “Bərəkət-97” Firması,  “Polimer Sənaye Parkı” MMC və s. sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və təsərrüfatlar təmsil olunurdular.

 

 

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələri şöbəsi 4-cü ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatı Tahir Süleymanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, bağça müdirləri, siyasi partiya və və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin  nümayəndələri, ağsaqqallar, ziyalılılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat məruzəsi dinlənilmişdir. Hesabatın mətni əvvəlcədən  İcra Hakimiyyətinin rəsmi saytında  və rayonun “Çıraq” qəzetində yayımlanmışdır.

 

Bundan sonra məruzə ətrafında çıxışlar başlamışdır. İclasda çıxış edən Siyəzən Rayonu üzrə Maliyyə Şöbəsinin rəis əvəzi Samir Nemətov, Təhsil Şöbəsinin müdiri Rəfael Hacıyev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Ənvər Hüseynov, Məşğulluq Mərkəzinin direktoru Etibar Heydərov, Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov hesabat ilində rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər. Sahibkar Nəsbulla Rüstəmov çıxış edərək kənd təsərrüfatı sahəsində gördükləri işlər barədə danışmış, ölkədə, eləcə də rayonumuzda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 

  

 

Tədbirdə Milli Məclisin deputatı cənab Tahir Süleymanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələri şöbəsi 4-cü ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edərək ölkəmizdə ötən ildə əldə olunmuş nailiyyətlər, ölkə başçısı tərəfindən iqtisadiyyatın inkişafı ilə əlaqədar görülən işlər,  yeni iş yerlərinin açılması və s. tədbirlər barədə danışmışlar.

 

Yığıncağın sonunda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər