Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzənli məktəblilər Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşdülər.

16 noyabr 2017 | 16:00

Bu gün rayonumuzun təhsil və nümunəvi davranışı ilə fərqlənən 40 nəfərdən ibarət məktəbli qrupu "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə səfərə çıxmışlar. Səfər iştirakçılarının Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, aparatın kollektivi, Rayon Təhsil Şöbəsinin rəhbərliyi və valideynlər yola salmışlar. Əvvəlcə Siyəzən şəhərinin mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edilmiş və önünə tər çiçəklər düzülərək Ulu Öndərin xatirəsi ehtiramla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı məktəblilərə uğurlu yol arzulamışdır.

 

 

 

 

  

Keçidlər