Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq gününə həsr olunmuş şahmat birinciliyi keçirilmişdir

08 noyabr 2017 | 16:00

7-8 noyabr 2017-ci il tarixlərdə Siyəzən şəhər Gənclər Mərkəzində 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi yarışda 40 yeniyetmə şahmatçı iştirak etmişdir.  İki gün davam edən birincilik yeniyetmələrin vətənpərvərlik hisslərinin gücləndirilməsi, zehni inkişaflarının təmin olunması, onların şahmat oyununa marağının artırılması, perspektivli şahmatçıların üzə çıxarılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyırdı.

Oğlanlar arasında keçirilən oyunların nəticəsinə əsasən şəhər 6 saylı məktəb-liseyin şagirdləri Nicat Rəfiyev və Tehran  Əkbərli I və II yerləri bölüşdürmüşlər. III yeri şəhər 1 saylı tam orta məktəbin şagirdi Emin Heybətov qazanmışdır. Qızlar arasındakı yarışda isə şəhər 6 saylı məktəb-liseyin şagirdi Asiman Şahkərimli I, şəhər 1 saylı tam orta məktəbin şagirdləri Nuray Ağayeva və Humay Ağayeva uyğun olaraq II və III olublar.

Birincilikdə yer tutmuş şahmatçılar Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə mükafatlandırılmışlar.

 

 

 

  

Keçidlər