Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq günü münasibətilə rəsm sərgisi keçirilmişdir

08 noyabr 2017 | 16:00

Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "Bayrağımız qürur mənbəyimizdir!" adlı sərgi təşkil edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra  iştirakçılara “Bayraq günü”nün tarixi barədə məlumat verildi. Sərgidə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Rəsm" dərnəyi üzvlərinin “Bayraq günü”nə həsr etdikləri rəsm əsərləri, eyni zamanda onların ifasında kompozisiya nümayiş olundu.

 

 

 

 

 

Keçidlər