Şriftin ölçüsü :

Saytın rəngi :

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edildi.

14 avqust 2017 | 16:00

Bu gün "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli  Sərəncamı ilə təltif olunmuş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Akif Xıdırova "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilmişdir.  Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilmiş tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov çıxış edərək Ümummilli lider Heydər Əliyev ideyalarının davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə əldə olunmuş böyük nailiyyətlər, hərtərəfli sosial-iqtisadi inkişaf barədə danışmışdır. Qeyd olunmuşdur ki, bu inkişafa öz töhvəsini verən insanları hər zaman qiymətləndirən ölkə başçısısı tərəfindən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Akif Xıdırova verilən medal həm də kollektivimizə verilən dəyərin təzahürüdür. Daha sonra medal sahibinə təqdim edildi. Sonda Siyəzən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Akif Xıdırov çıxış edərək ölkə başçısına minnətdarlğınıı bildirdi və bu təltifin onun üzərinə daha böyük məsuliyyət qoyduğunu qeyd etdi. A.Xıdırov ona göstərilən etimadı doğrultmaq üçün bundan sonra daha səylə çalışacağını, rayonumuzun inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirdi

.

Keçidlər