Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə gənclər arasında rayon çempionatı keçirilb

11 avqust 2017 | 16:00

Avqustun 11-də Gənclər Mərkəzində “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə gənclər arasında rayon çempionatı baş tutmuşdur. Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən çempionatda gənclərdən ibarət 9 komanda iştirak etmişdir. Çempionatın əsas məqsədi gənclərin intellektual bacarıqlarının inkişafına kömək etməkdən, onların intellektual və yaradıcılıq səviyyəsinin yüksəldilməsinə nail olmaqdan, intellektual oyunlar hərəkatını genişləndirməkdən, yüksək dünyagörüşünə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılaraq inkişaf etdirilməsinə şərait yaratmaqdan, həmçinin rayon gənclərini intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etməkdən və onların asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

2 turda təşkil olunan çempionatda komandalara 24 sual səsləndirilib. “Citroen” komandası yarışda I yeri tutaraq “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə gənclər arasında rayon çempionatının qalibi olub. İntellektual yarışmada reytinq xalına əsasən “Homo Sapiens” komandası II, “Revolver” komandası isə III yeri tutub. I, II və III yeri qazanmış komandalara rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.

 

 

Keçidlər