Şriftin ölçüsü :

Saytın rəngi :

Dama üzrə rayon birinciliyi keçirilib

09 avqust 2017 | 16:00

Bu gün Gənclər Mərkəzində  Siyəzən Rayon Gənclər və İdman idarəsi tərəfindən 12 Avqust “Beynəlxalq Gənclər günü” münasibəti ilə yeniyetmələr arasında dama üzrə rayon birinciliyi keçirilib. Stolüstü oyunların rayonda təbliği və inkişaf etdirilməsi, həmçinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışda 30-dək yeniyetmə iştirak edib. Birincilik Əsasnamə əsasında iştirakçıların sayına uyğun olaraq olimpiya sistemi üzrə təşkil olunub. Bütün oyunları qələbə ilə başa vuran Ağarəhimov Murad turnirin birincisi olub. Yeniyetmələrdən Kərimov Alim və Əlifov Mirkamil isə yarışda müvafiq olaraq II və III yerləri tutublar.

Yarışın qalibləri idarə tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

  

   

Keçidlər