Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir küçədə yollar asfaltlanmışdır.

15 sentyabr 2016 | 16:00

Siyəzən şəhərində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Müəyyən edilmiş ardıcıllığa əsasən şəhərin uzun illərdən bəri təmir edilməyən Nəriman Nərimanov küçəsində yollara asfalt salınmasına başlanılmışdır. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov bu gün həmin küçəyə gəlmiş, görülən işlərlə tanış olmuşdur. İcra Hakimiyyətinin başçısı işlərin yüksək keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir. Küçənin sakinləri ilə görüşən cənab Asif Hüseynov onların təkliflərini dinləmişdir. Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildimişlər. Daha sonra İcra Hakimiyyətinin başçısı gələcəkdə görüləcək işlərlə əlaqədar qonşu küçə və yollara da baxış keçirmişdir.

 

 

 

 

 

Keçidlər