Home Contact Phone
background
  • Ünvan: AZ 5300, Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 39.
  • Faks: (+99423) 304-20-77
  • E-mail: mail@siyezen-ih.gov.az

Xəbərlər

  • Vergilər naziri Siyəzəndə vətəndaşları qə...

    Vergilər naziri Siyəzəndə vətəndaşları qəbul edəcəkdir

    2016-11-22

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 25 noyabr 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Siyəzən rayonu, Siyəzən şəhəri H.Əliyev 135a) Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

  • 2016-cı ilin doqquz ayının  yekunları və qar...

    2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

    2016-10-14

    Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2016-cı ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

  • Daha bir küçədə yollar asfaltlanmışdır.

    Daha bir küçədə yollar asfaltlanmışdır.

    2016-09-15

    Siyəzən şəhərində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Müəyyən edilmiş ardıcıllığa əsasən bu gün şəhərin uzun illərdən bəri təmir edilməyən Nəriman Nərimanov küçəsində yollara asfalt salınmasına başlanılmışdır.

  • Yolların asfaltlaşdırılması davam edir.

    Yolların asfaltlaşdırılması davam edir.

    2016-08-19

    Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Siyəzən şəhərində abadlıq və quruculuq işləri, həmçinin yolların təmiri nəzərdə tutulmuş ardıcıllıqla davam etdirilir. Şəhərin M.Füzuli, M.Şəhriyar, Babək, T.İsmayılov, H.Aslanov, 20 Yanvar və digər küçələrindən sonra Nizami küçəsində də yollara asfalt örtüyünün qoyulması işlərinə başlanılmışdır.

  • Kənd təsərrüfatı naziri cənab Heydər Əsəd...

    Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov Siyəzən rayonunda

    2016-08-19

    Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov bu gün Siyəzən rayonuna gəlmişdir. Əvvəlcə cənab nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etmişdir. Bundan sonra Siyəzən rayonunda Kənd Təsərrüfatı İdarəsi üçün inşa edilmiş yeni inzibati binanın istifadəyə verilməsi münasibətlə mərasim keçirilmişdir. Mərasimdə cənab Heydər Əsədov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.

  • Səyyar qəbulların keçirilməsi davam edir.

    Səyyar qəbulların keçirilməsi davam edir.

    2016-07-25

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun rayonun ayrı-ayrı yaşayış məntəqələrində səyyar görüşləri davam edir. Mütəmadi keçirilən görüşlər bu dəfə rayonun Balaca Həmyə və Daşlı Çalğan kəndlərində təşkil olunmuşdur.

  • Böyük Həmyə kəndində növbəti dəfə səyy...

    Böyük Həmyə kəndində növbəti dəfə səyyər qəbul keçirilmişdir.

    2016-07-20

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Böyük Həmyə kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • 2016-cı ilin birinci yarısının yekunları və ...

    2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

    2016-07-20

    Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2016-cl ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

  • Azərbaycan Respublikasının Ailə, Qadın və U...

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Quba rayonunda vətəndaşların qəbulunu keçirəcək.

    2016-07-12

    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Quba rayonunda vətəndaşların qəbulunu keçirəcək.

  • Dövlət Qulluqçularının Peşə Bayramı günü...

    Dövlət Qulluqçularının Peşə Bayramı günü qeyd edilmişdir.

    2016-06-23

    Bu gün Siyəzən rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzülmüşdür.

  • Milli Qurtuluş Günü qeyd edilmişdir.

    Milli Qurtuluş Günü qeyd edilmişdir.

    2016-06-14

    2016-cı il 14 iyun tarixdə Siyəzən Rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

  • Yollara asfalt örtüyü verilməsi davam edir.

    Yollara asfalt örtüyü verilməsi davam edir.

    2016-06-14

    Siyəzən şəhərində abadlıq işləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov şəhərin H.Aslanov və M.P.Vaqif küçələrində görülən işlərlə tanış olmuşdur.

  • Şura iclası keçirilmişdir

    Şura iclası keçirilmişdir

    2016-06-03

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın "Siyəzən rayonunun məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri haqqında” məsələnin müzakirəsi ilə əlaqədar növbəti iclası keçirilmişdir. İclasda rayonun uşaq bağçalarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.

  • 28 May - Respublika Günü münasibətilə dəyirm...

    28 May - Respublika Günü münasibətilə dəyirmi masa keçirilmişdir

    2016-05-27

    Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova iştirakçıları bayram münasibətilə təbrik edərək şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tariximizdə şərəfli yer tutması barədə danışmişdır.

  • “Multikultural dəyərlər və Azərbaycançıl...

    “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirilmişdir

    2016-05-26

    Bu gün Siyəzən rayonunda “Multikultural dəyərlər və Azərbaycançılıq” mövzusunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Qadınlar Şurasının sədri , YAP İcra katibinin əməkdaşı Zəkiyyə Musayeva və zona üzrə Qadınlar şuralarının sədr və üzvləri iştirak edirdi.

  • Nardaran kəndində səyyar qəbul keçirilmişdir...

    Nardaran kəndində səyyar qəbul keçirilmişdir.

    2016-05-20

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov bu gün Nardaran kənd sakinləri ilə görüşmüşdür. Görüşdə rayon rəhbərliyi ilə yanaşı rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Zarat kəndində növbəti səyyar qəbul keçiril...

    Zarat kəndində növbəti səyyar qəbul keçirilmişdir

    2016-05-13

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Zarat kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Abadlıq işləri davam etdirilir

    Abadlıq işləri davam etdirilir

    2016-05-13

    Siyəzən şəhərində abadlıq işləri davam etdirilir. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov şəhərin Hökmulla Talıbov küçəsini Xətai küçəsi ilə birləşdirən yolda görülən işlərlə tanış olmuşdur.

  • Azərbaycan Xalqının Ümummilli Lideri Heydər ...

    Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir.

    2016-05-10

    Bu gün rayonumuzda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu öndərin Siyəzən şəhərindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək xatirəsini hörmətlə yad etmişlər. Daha sonra ağacəkmə iməcliyi keçirilmişdir.

  • Dəyirmi masa keçirilmişdir.

    Dəyirmi masa keçirilmişdir.

    2016-05-05

    05 may 2016-cı il tarixdə Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev şəxsiyyəti multicultural və tolerant dəyərlər işığında” adlı dəyirmi masa keçirilmişdir.

  • Şəhid Ağadadaş Şahkərəmovun medalı anasın...

    Şəhid Ağadadaş Şahkərəmovun medalı anasına təqdim edildi.

    2016-04-27

    Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 19 avqust 2015-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Siyəzən rayonunun Dağ Quşçu kənd sakini Ağadadaş Şahkərəmovun valideynlərinə "Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalının təqdimetmə mərasimi keçirilmişdir.

  • Həmrəylik nümayiş olundu

    Həmrəylik nümayiş olundu

    2016-04-04

    Bu gün Siyəzən şəhər Mədəniyyət Mərkəzində rayoni ctimaiyyətinin geniş tərkibdə toplantısı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların, səhiyyə, təhsil müəssisələrinin, bələdiyyələri nümayəndələri, şəhid ailəsi üzvləri, Qarabağ əlilləri iştirak edirdilər.

  • Soyqırım qurbanları yad edilmişdir.

    Soyqırım qurbanları yad edilmişdir.

    2016-03-31

    Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai –siasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Eyvazova iştirak edirdi.

  • Dağ Quşçu kəndində səyyar görüş keçirilm...

    Dağ Quşçu kəndində səyyar görüş keçirilmişdir.

    2016-03-18

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov Dağ Quşçu kəndində sakinlərlə görüşmüşdür. Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir

  • Novruz bayramı təntənə ilə qeyd olundu

    Novruz bayramı təntənə ilə qeyd olundu

    2016-03-17

    Bu gün Siyəzən rayonunda Novruz bayramının gəlişi böyük təntənə ilə qeyd edildi. Bayramsayağı bəzədilmiş “Siyəzən Palace” şadlıq sarayında Siyəzən Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ziyalılar iştirak edirdilər.

əvvəlki [2] növbəti