Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulların keçirilməsi davam edir.

25 iyul 2016 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun rayonun ayrı-ayrı yaşayış məntəqələrində səyyar görüşləri davam edir.  Mütəmadi keçirilən görüşlər bu dəfə rayonun Balaca Həmyə və Daşlı Çalğan kəndlərində təşkil olunmuşdur. İyul ayının 22-də Balaca Həmyə, 25-də isə Daşlı Çalğan kəndində sakinlərlə görüşən İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüşlərdə son dövrdə rayonumuzda görülmüş işlər, kəndlərin sosial problemlərinin, səyyar qəbullarda qaldırılmış məsələlərin həlli ilə əlaqədar həyata keçirlən tədbirlər barədə məlumat vermişdir. Vətəndaşların təklif və müraciətləri dinlənilmiş, onlardan bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə əlaqədar isə aidiyyət üzrə tapşırıqlar verilmişdir.

  

  

  

 

  

 

Keçidlər