Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran kəndində səyyar qəbul keçirilmişdir.

20 may 2016 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov bu gün Nardaran kənd sakinləri ilə görüşmüşdür. Görüşdə rayon rəhbərliyi ilə yanaşı rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir. Vətəndaşların qarşısında çıxış edən cənab Asif Hüseynov rayonda aparılan abadlıq-quruculuq, əhalinin məşğulluğunun təmin edilməsi, kənd təsərrüfatının inkişafı və digər sahələrdə görülən işlər barədə məlumat vermişdir. 

 

 

Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlər əsasən kənddaxili  yolun, elektrik dirəklərinin və xətlərin təmiri,  otlaq sahəsi verilməsi və s. barədə müraciət etmişlər. İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətləri ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

  

Görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı kəndin problemləri ilə yerində tanış olmaq üçün ərazini gəzmişdir.

 

Keçidlər