Şriftin ölçüsü :

Saytın rəngi :

Zarat kəndində növbəti səyyar qəbul keçirilmişdir

13 may 2016 | 16:00

Bu gün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun Zarat kəndində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Zarat kəndində ötən qəbuldan sonra görülmüş işlər, əhalinin məşğulluğu, kənd təsərrüfatının inkişafı və digər sahələrdə həyata keçirilən tədbirlər barədə  danışmışmış 

Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində əsasən elektrik xətlərinin təmiri, kənddaxili suvarma arxlarının genişləndirilməsi  və s. məsələlər barədə təklif və xahişlərini çatdırmışlar. Qaldırılan məsələlərin  həlli ilə əlaqədar  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  aidiyyəti üzrə tapşırıqlar verilmişdir. 

Görüşdən sonra İcra Hakimiyyətinin başçısı kəndin problemləri işə yerində tanış olmaq üçün sakinlərlə ərazini gəzmişdir. 

 

 

  

 

 

Keçidlər