Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ağadadaş Şahkərəmovun medalı anasına təqdim edildi.

27 aprel 2016 | 16:00

Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 19 avqust 2015-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə  şəhid olmuş  Siyəzən rayonunun Dağ Quşçu kənd sakini Ağadadaş Şahkərəmovun valideynlərinə "Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli medalının təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov çıxış edərək şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verdi. Qeyd edildi ki, siyəzənlilər də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətanətlə döyüşmüş, qəhrəmanlıqlar göstərmişdir. Bu döyüşlərində rayonumuzun  75 sakini  şəhidlik zirvəsinə ucalmışdır və onların xatirəsi daim əziz tutulur. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunmuş şəhidin medalını onun anasına təqdim etdi.

Şəhidin valideynləri Şahkərəm Şahkərəmov və Zəminə Şahkərəmova  övladlarının müqəddəs Azərbaycan torpağı uğrunda əbədiyyətə qovuşmasından qürur duyduqlarını  qeyd etdilər və Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  öz minnətdarlıqlarını bildirdilər.

  

  

  

 

  

Keçidlər