Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik nümayiş olundu

04 aprel 2016 | 16:00

Bu gün Siyəzən şəhər Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin geniş tərkibdə toplantısı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların, səhiyyə, təhsil müəssisələrinin, bələdiyyələrin nümayəndələri, şəhid ailəsi üzvləri, Qarabağ əlilləri iştirak edirdilər. Əvvəlcə son 3 gün ərzində vətən uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

 

Daha sonra Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov çıxış edərək aprel ayının 2-dən etibarən ermənilərin cəbhə bolgəsində  müntəzəm təxribatlar törətməyə başladığını və ordumuz tərəfindən bunun qarşısının alınaraq kəskin əks zərbə nəticəsində bir neçə yaşayış məntəqəsi və strateji yüksəkliklərin işğaldan azad olunduğunu bildirdi. Qeyd edildi ki, erməni aqressiyasına ordumuz tərəfindən layiqli cavab verilmiş, çoxlu sayda əsgər və zabitləri məhv edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş verənlərlə əlaqədar Təhlükəsizlik Şurasının iclasında ölkəmizin müdafiəsinin və əzəli torpaqlarını işğaldan azad etməsinin xalqımızın haqqı olduğunu qeyd etmiş, buna etinasız yanaşan düşmənin layiqli cavab alacağını bildirmişdir.

 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov, Siyəzən şəhər 3 saylı tam orta məktəbin direktoru Rafiq Yarıyev, Gilgilçay qəsəbə tam orta məktəbin direktoru Samir Baxşıyev, Siyəzən 6 saylı məktəb-liseyin tarix müəllimi Pərvin Ağasıyev, Qarabağ əlili Nəbi Əliyev, Siyəzən Rayon Məhkəməsinin hakimi İlqar Quliyev çıxış edərək bütün xalqımız kimi siyəzənlilərin də daim Prezidentinin, dövlətinin, ordusunun yanında olduğunu, ölkəmizin ərazi bütövlüyü naminə son damla qanlarına qədər vuruşmağa  hazır olduğunu bildirdilər.

  

  

  

Keçidlər