Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə günü qeyd olunmuşdur

09 may 2015 | 15:00

Bu gün Siyəzən şəhər Mədəniyyət evində   ikinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ilə əlaqədar görüş keçirilmişdir. Tədbirdən əvvəl Siyəzən şəhərində  ucaldılmış abidənin önünə tər çiçəklər düzülmüş, həlak olanların xatirəsi ehtiramla yad edilmişdir.

Tədbirdə çıxış edən  Siyəzən Rayon İcra Hakimiyyəti başçısı cənab Arif Qasımov rayonun müharibə vetreranları və arxa cəbhə iştirakçılarını Qələbə günü münasibətilə  təbrik  etmiş və xoş arzularını çatdırmışdır. Qeyd edilmidir ki, xalqımızın bu qələbənin qazanılmasında xidmətləri danılmazdır. Veteranlara prezidentin sərəncamı ilə verilən "1941-45-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalları təqdim olunmuşdur.

Böyük Vətən müharibəsinin iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

  

 

  

Keçidlər